Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

12.08.2024 [19:02]

Xəbərin mətni

Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə və MSK-ya daxil olmuş müraciətlərə baxılıb, cari məsələlər müzakirə edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI