SİYASƏT


Mərkəzi Seçki Komissiyasının sədri MDB-nin nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, M.Pənahov Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib. O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.