CƏMİYYƏT
Bakıda motosiklet yolun ortasında alışdı, qəzaya səbəb oldu
Motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olur və qəfil motosiklet yanır. Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Hadisə ötün gün günorta saatlarında Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası istiqamətində baş verib. Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yarandı. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirir ki, motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırılır ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır.