CƏMİYYƏT


Agentlik: Sabah Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək

Avqustun 12-i gecə saatlarından Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan əsaslı təmir-bərpa işləri bu gün səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq.