Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli valyutamızın dünəni və bu günü

15.08.2024 [19:47]

Xəbərin mətni

Bu gün Azərbaycan manatının tədavülə buraxıldığı gündür. 1992-ci il avqustun 15-də tədavülə buraxılan Azərbaycan manatı, 1994-cü il yanvarın 1-dən ölkəmizdə yeganə ödəniş vasitəsi elan olunub və o vaxtadək istifadə olunan sovet rublu dövriyyədən çıxarılıb. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrnda 5 manatlıq əsginas, növbəti ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə daxil edilib. Azərbaycan  Prezidentinin müvafiq fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə AZN-ə bərabər tutulub. 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.