Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb

16.08.2024 [15:02]

Xəbərin mətni

2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özğür Soy imzalayıblar.