ANAMA sədri: Bu günə kimi 156 min hektara yaxın ərazi minalardan təmizlənib
16.08.2024 [16:44]
Xəbərin mətni
İşğaldan azad olunan ərazilərdə indiyə qədər 156 min hektara yaxın ərazi təmizlənib, 151 mindən çox mina və PSH aşkarlanaraq zərərsizləşdirilib. Ərazidə mina partlayışları zamanı həlak olanların sayı 69 nəfər olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.