ÜST meymunçiçəyi ilə bağlı fövqaladə vəziyyət elan edib
16.08.2024 [18:01]
Bu xəstəliyə ilk dəfə ötən əsrdə rast gəlinib. Çox nadir görünən meymunçiçəyi insana xəstə heyvana və ya virusla çirklənmiş materiallara təmas etdikdə yoluxa bilər. İnsandan insana isə hava damcı yolu ilə keçir. Xəstəliyin əsas əlamətləri ovuc içlərində və üz nahiyəsində başlayan qeyri-adi irinli səpgilərdir. Bir çoxları bunu suçiçəyi xəstəliyinə bənzətsə də fərqli virusdur.