Vaşinqtonda Azərbaycan icması ilə görüş keçirilib
17.08.2024 [11:35]
Xəbərin mətni
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Vaşinqtonda ABŞ-dakı Azərbaycan icması ilə görüş keçirib.
AZƏRTAC-ın məlumatına görə, görüşə paytaxt Vaşinqton və ətraf ştatlardan olan diaspor fəalları qatılıblar. Görüş Azərbaycan və ABŞ-ın Dövlət Himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.