Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə qısa müddətdə yanğınlarla mübarizəyə başlayacaq

18.08.2024 [13:18]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.