Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının bəzi rayonlarında 3 gün su fasilələrlə gələcək

19.08.2024 [17:23]

Ötən günlər Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri Bakıda bir neçə rayonun su təminatında fasilələrə səbəb oldu. İndi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı paytaxtın 10 rayonunda və Abşeronda iki gün su problemi yaşanacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, təmirin ən qısa vaxta tamamlanması üçün işlər tam sürətlə və fasiləsiz davam etdirilir.