İQTİSADİYYAT


Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirir

Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə növbəti təlimlərə start verilib.
Fondun 2024-cü il ərzində artıq sayca ikinci olan bu təlimində ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd iştirak edir. Təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyən zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərərin hesablanması üzrə biliklər verilir.