Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azad edilmiş ərazilərin təxminən beşdəbiri mina və partlamamış sursatlarla yüksək səviyyədə çirklənib

20.08.2024 [14:17]

Xəbərin mətni

Azərbaycan minalar və partlamamış hərbi sursatlarla çirklənməyə görə dünyada ilk beşlikdə yer alır. Təəssüf ki, ölkə ərazisinin 12 faizindən çoxu mina və partlamamış hərbi sursatlarla çirklənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.