Beyləqanda su kanalında batan uşağın cəsədi tapılıb
20.08.2024 [16:55]
Xəbərin mətni
Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.