Azərbaycanın multikultural və tolerantlıq siyasəti
20.08.2024 [18:41]
Ölkəmizdə hər bir şəxsin irqindən, etnik mənsubiyyətindən, dinindən və ya dilindən asılı olmayaraq onların hüquq və azadlıqları qorunur. Müxtəlif dinlərə mənsub insanlar sülh və harmoniya içində yaşayır, eyni zamanda öz dini ayinlərini asanlıqla yerinə yetirə bilirlər. Ölkəmizdə məscidlərlə yanaşı onlarla sinaqoqlar, kilsələr fəaliyyət göstərir və dini bayramlar birgə qeyd olunur. Elə onlardan biri də Rus icmasının gündəlik ibadət etdiyi Müqəddəs Mürdaşıyan zənənlər kafedralıdır.