Qobu qəsəbəsində saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb
21.08.2024 [15:43]
Xəbərin mətni
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat həyata keçirilib. Bölməyə 1980-cı il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.