Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meymunçiçəyi virusuna qarşı gömrük məntəqələrində profilaktik işlər görülür

21.08.2024 [17:44]

Ölkəmizdə meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir. Belə ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanları daha da gücləndirib. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək.