Milli Məclisə seçkilərlə əlaqədar 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb
22.08.2024 [20:49]
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə seçkilərdə də səsvermə günü seçki məntəqələrində proseslərin texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralar vasitəsilə əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən müşahidə olunması, keyfiyyətli, fasiləsiz yayım imkanlarının təmin edilməsi məqsədilə zəruri texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib.