Bakı Təşəbbüs Qrupu ilə Bonayre adasının QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb
23.08.2024 [16:28]
Xəbərin mətni
Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyəti Bakıda səfərdədir. Bonayre adasının rəhbərliyi adanın "C24" layihəsinə əlavə edilməsi üçün BMT-yə oktyabr ayında qətnamə təqdim etməyi planlaşdırır. Nümayəndə heyətinin Azərbaycana səfərdə məqsədi kolonializmdən əziyyət çəkən ölkə və xalqların azadlıq mübarizəsini dəstəkləyən BTQ ilə əməkdaşlıq etməkdir.
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının vətəndaş cəmiyyəti təşkilatları ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.