Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin yeni mərhələsi

23.08.2024 [17:59]

Azərbaycan türkdilli dövlətlərlə artan əlaqələri arasında iqtisadi sahə geniş yer tutur. Bu ölkələr sırasında Özbəkistan isə ölkəmizin vacib tərəfdaşlarından biridir. Ölkə başçılarının qarşılıqlı səfərləri iqtisadi əməkdaşlıq dinamizmini daha da artırıb. Qəbul edilən qərarlar əmtəə dövriyyəsinin artmasına şərait yaradıb.