Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi olub

24.08.2024 [13:43]

Xəbərin mətni

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil olunub.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) çempionatın təşkili üçün yüksək səviyyədə hazırlıq gördüyünü bildirib. O, Azərbaycanın bu idman növündə olimpiadada təmsil olunmasının vacibliyini qeyd edib. Nazir “Paris-2024”də kamandan oxatma üzrə yarışlarda ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın göstərdiyi əzmkarlığı yüksək qiymətləndirib.