Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq Azərbaycan-Özbəkistan münasibətlərini şərh edib

24.08.2024 [17:00]

Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri etməsi Azərbaycan-Özbəkistan münasibətlərinə növbəti mərhələdə də öz töhfəsini verəcək. Bunu AZƏRTAC-a müsahibəsində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.