Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub
25.08.2024 [20:01]
Xəbərin mətni
Bakıda keçirilən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizə aparıb. İki gün davam edən turnirdə iştirakçılar üç kateqoriyada yarışıblar. 16 yaşına qədər yeniyetmələrdə qadınlar arasında 30 metr məsafə üzrə Leyla Əfəndiyeva birinci, Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva üçüncü yeri tutublar. Kişilərdə Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev bürünc medal qazanıblar.