AZƏRTAC XƏBƏR VERİR: Qarabağ Universitetinə 1104 nəfər qəbul olub
26.08.2024 [20:35]
Artıq Qarabağ Universitetində ilk tədris ilinin başlamasına 1 aydan da az vaxt qalıb. İxtisas seçimi zamanı abitruyentlər bu universitetə qəbul olmaq üçün fəallıq nümayiş etdiriblər. Təsadüfi deyil ki, Qarabağ Universitetinə plan yerləri 98,7 faiz dolub.