Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərsəng su anbarında suyun səthi rekord səviyyəyə çatıb

27.08.2024 [16:10]

Xəbərin mətni

Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.

Bölmənin digər videoları