Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub
27.08.2024 [17:49]
Xəbərin mətni
Avqustun 27-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə XİN-in başçısı Hakan Fidan arasında danışıqlar olub.
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirlərinin görüşü Türkiyə XİN-in inzibati binasında baş tutub.