SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 22-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd barədə məlumatın seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməsi məsələsinə baxılıb.