Sergey Yakiroviç: Zaqrebdəki böyük hesablı qələbəmizə baxmayaraq, Bakıda da əlimizdən gələni edəcəyik
27.08.2024 [21:15]
Xəbərin mətni
Sabah Bakıdakı matçda, əsasən, müdafiə xəttində diqqətli olmalıyıq. Bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.