Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaq

28.08.2024 [15:52]

Avqustun 29-u saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.