Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC XƏBƏR VERİR: Bu gün Milli Məclisə seçkilər keçirilir

01.09.2024 [14:25]

Sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başlayıb.
AZƏRTAC xəbər verir ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir. Bu məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir və orada səsvermə hüququna malik 42 mindən artıq seçici var. Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI