AZƏRTAC XƏBƏR VERİR: Qarabağ və Şərqi-Zəngəzurda seçici fəallığı müşahidə olunur
01.09.2024 [19:43]
İlk dəfədir Azərbaycanın bütün suveren ərazilərində keçirilən seçkilərdə fəallıq müşahidə olunur. Şuşa şəhərində də 46 saylı seçki məntəqəsində saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan olunub. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədlərə səs verirlər.