CƏMİYYƏT


Paytaxt məktəbliləri üçün buraxılış imtahanı iyunun 2-də keçiriləcək

Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mayın sonunda ali və orta ixtisas məktəblərində həm dərslər, həm də imtahan sessiyaları başa çatacaq. Orta məktəblərdə keçiriləcək son zəng tədbirlərinin vaxtına gəldikdə isə Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov AZƏRTAC-a bildirdi ki, mayın 31-i istirahət gününə təsadüf etdiyi üçün altı günlük qrafiklə işləyən məktəblərdə son zəng ayın 30-da, beş günlük qrafiklə işləyən məktəblərdə isə mayın 29-da keçiriləcək.