İQTİSADİYYAT


Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yol birinci və ikinci texniki dərəcəyə uyğun olaraq tikilməkdədir. Yolda artıq bir sıra işlər tamamlanıb.