İQTİSADİYYAT


Mənzil bazarında kəskin azalan satışlar qiymətlərə necə təsir edəcək?

Azərbaycanda daşınnmaz əmlak bazarında da durğunluq yaranıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə ölkəmizdə bu ilin yanvar iyul aylarında daşınmaz əmlak üzərində 207 669 mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azdır. Tikinti məsələləri və əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə daşınmaz əmlak bazarında dinamikanın artıb azaldığı müəyyən dövrlər olur ki, bu da 4-8 il arasında müşahidə olunur. 2024-cü ilə qədər daşınmaz əmlak bazarında dinamik artımlar gedirdi və artıq bazarda bu dinamika azalma dövrünü yaşayır.