İDMAN


Paralimpiadada ikinci yeri tutan Azərbaycan parataekvondo millisi Vətənə dönüb

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ikinci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.