Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azadlıq prospektinin bir hissəsinin təmiri başa çatıb

04.09.2024 [15:49]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissənin uzunluğu 3360 metr, ortalama eni isə 19 metr təşkil edir.