SİYASƏT


Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik əlaqələrinin 32-ci ildönümü qeyd edilib

Sentyabrın 4-də Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci il sentyabrın 1-də qurulduğunu deyib: "O vaxtdan etibarən, biz iki ölkənin rəhbərliyi ilə ikitərəfli münasibətlərdə çoxsaylı nailiyyətlərin, inkişafın, uğurların şahidi olmuşuq”.