İQTİSADİYYAT


Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verilib. Təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metr təşkil edir. Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.