İQTİSADİYYAT
Şəkinin daxili yollarının təmiri işləri icra olunur
Şəki şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Sərəncama əsasən Şəki şəhərində ümumi sahəsi 36.1 km olan mərkəzi küçələrin təmiri nəzərdə tutulur. Artıq bu çərçivədə yenidənqurma işlərinə bir müddətdir ki, start verilib.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.