İQTİSADİYYAT


SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

SOCAR və müvafiq dövlət qurumlarının birgə əməkdaşlığı ilə narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi strateji əhəmiyyətə malik neft-qaz sənayesi obyektlərinin mühafizəsini təmin edən təhlükəsizlik xidməti əməkdaşlarını, eləcə də SOCAR-ın digər struktur bölmələrindən qatılan iştirakçıları narkomaniyanın fəsadları barədə maarifləndirmək olub.