İQTİSADİYYAT


Həsən bəy Zərdabi küçəsində təmir işləri davam edir

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir.
Aparılan təmir işləri çərçivəsində küçənin “Qələbə dairəsi”-dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində təmir işlərinə start verilir.