İQTİSADİYYAT
Ağdam şəhərində, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır
09.09.2024 [18:48]
Xəbərin mətni
İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb.