İQTİSADİYYAT


Kiberdələduzların qurbanı olmamaq üçün nə etməliyik?

Bu gün internetin yaratdığı imkanlar, xüsusilə sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. İnternetin həyatımızı asanlaşdıran faydalı tərəfləri ilə yanaşı bizə təhlükə yaradan tərəfləri də var. Sosial şəbəkələrdən istifadə edən hər bir şəxs hər an kibertəhlükə ilə qarşılaşa bilər. Çünki innovasiyanın imkanlarından fərqli məqsədlər üçün istifadə edənlərin də sayı çoxdur. Onların məqsədi dəyişməzdir, insanların vəsaitlərini qeyri qanuni yollarla mənimsəmək. Ancaq hər dəfə fərqli üsullara əl atırlar. Son zamanlar daha çox istifadə olunan hücumlardan biri sosial mühəndislik texnikasıdır. Fişinq hücumlar hansısa dövlət və ya özəl qurumu təqlid etməklə saxta link, e-poçt və ya saxta vebsayt vasitəsi ilə insanların həssas məlumatlarını əldə etməklə onların bank kartlarında olan məbləğləri ələ keçirə bilirlər.