Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi
12.09.2024 [09:55]
Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
AZƏRTAC xəbər verir ki, Vatikana səfər çərçivəsində, eyni zamanda, Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslər ilə görüş keçirilib.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.