Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunan ərazilərdə sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri böyük əhəmiyyət daşıyır

13.09.2024 [17:59]

Xəbərin mətni

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi tərəfindən Laçın şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40-dan çox mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, vergiödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.