Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

15.09.2024 [19:45]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI