İQTİSADİYYAT


Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi davam edir

Son illərdə paytaxt Bakı şəhərində sürətli iqtisadi inkişaf, işgüzar fəallığın genişlənməsi, müxtəlif təyinatlı obyektlərin tikintisinin vüsət alması dayanıqlı nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən etibarlı nəqliyyat sisteminin tikintisini
şərtləndirib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.