İQTİSADİYYAT


“mygov” rəqəmsal hökumət platforması yenilənmiş versiyada təqdim olunub

Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş “mygov” hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.
“Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir”, - deyə S.Məmmədov bildirib.