CƏMİYYƏT


"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində qanunvericilik islahatları paketi hazırlanıb

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun 2024-cü ildə təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində müvafiq qanunvericilik islahatları paketi hazırlanıb. Bu islahatlar paketi hazırda razılaşdırılma mərhələsindədir. Eyni zamanda, hökumətə bir sıra təkliflər təqdim edilib".
AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini, "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun rəhbəri Toğrul Hüseynov işçi qrupun bu gün keçirilən iclasında deyib.