CƏMİYYƏT


Ölkəmizdə geomaqnit qasırğası maksimum həddə müşahidə olunur

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.Onun sözlərinə görə, Günəşdə aktiv və sakit dövr təxminən 11 ildən bir əvəzlənir. Hazırda Günəş 11 illik aktivliyinin maksimumuna yaxın olduğundan tez-tez geomaqnit qasırğaları baş verir. “Son bir həftədə Günəşin fəallığı yenidən artıb və sonuncu dəfə X4.5 sinifli alışma baş verib.